İdman 15:28 12.04.2019

Amerikalının burnunu sındıran Ayaz Quliyev 5 milyon cərimə olundu

 
Ayaz Quliyev Moskva "Spartak"ının əsas komandasından kənarlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Buna səbəb Azərbaycan əsilli futbolçunun məşqinə gədərkən piyadanı vurması olub. Belə ki, Ayaz Quliyev dünən "Mersedes”i ilə Moskva küçələrinin birində hərəkətdə olarkən svetoforun qırmızı işığına məhəl qoymayıb. Yolu qarşı tərəfə keçən piyada ilə az qala toqquşma dərəcəsinə gələn futbolçu avtomobildən düşərək, zərbə ilə amerikalı turistin burnunu qırıb. Daha sonra o, turistdən üzr istəyib. Amerika vətəndaşı olan zərərçəkən isə futbolçudan şikayətçi olmayıb.

Buna baxmayaraq, "Spartak" rəhbərliyi futbolçunu əsas komandadan kənarlaşdıraraq, əvəzedici heyətə gğndərib. Bundan başqa Ayaz Quliyev 5 milyon rubl (132 min manat) cərimə edilib.

Qeyd edək ki, "Spartak" Ayaz Quliyevi qış fasiləsində "Rostov"dan 1 milyon avroya transfer edib. Azərbaycanlı futbolçu iki klubun heyətində bu mövsüm keçirdiyi 20 rəsmi oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.