26 ildir Azərbaycan maliyyə bazarında uğurla fəaliyyət göstərən "Amrahbank" ASC 2019-cu ilin son 5 ayı ərzində də bəzi maliyyə göstəricilərində də müsbət nəticələrə nail olunub.
Bu barədə Qaynarinfo-ya bankdan daxil olan məlumatda bildirilir.
Qeyd edilir ki, 2019-cu ilin 5 ayı ərzində "Amrahbank2 ASC-nin faiz gəlirləri 2018-ci ilin 5 ayı ilə müqayisədə 3,2 dəfədən çox artaraq 10 milyon 488 min manat təşkil edib. Əməliyyat gəlirləri müvafiq dövrlə müqayisədə 3 milyon 104 min manatdan çox olub. 2019-cu ilin 5 ayı ərzində haqq və komissiya gəlirləri isə ötən ilin 5 ayı ilə müqayisədə 16,14% artaraq 1 milyon 530 min manat təşkil edib.
2019-cu ilin 5 ayı ərzində Bankın kredit portfeli 2018-ci ilin 5 ayı ilə müqayisədə 9 milyon 938 min manat artaraq, 2019-cu ilin 5 ayında 119 milyon 492 min manat təşkil edib.
"Hər bir bankda olduğu kimi "Amrahbank”ın fəaliyyətində də müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir. Belə ki, 2019-cu ilin 5 ayı ərzində "Amrahbank”ın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunub. 2019-cu ilin 5 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi də 13%-ə qədər artaraq 165 mln çatıb" deyə bankdan bildirilib.
Şərhlər