Xəbər lenti

“Android”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib
Texnologiya 22:25 21.09.2018

“Android”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

"Google” şirkəti 2015-ci ildə "Android Security Rewards Program” proqramını istifadəyə vermiş və "Android” mobil əməliyyat sistemi, həmçinin "Google Play” internet mağazasında yerləşdirilmiş proqramlarda aşkar edilmiş səhvlərə görə pul mükafatı təyin etmişdi.

Qaynarinfo  ICTnews-a istinadən xəbər verir ki, 2016-cı ildə maksimim ödəniş məbləği 50 min dollaradək, ötən ilin iyununda isə mükafat məbləği 200 min dollaradək artırılıb.

Şirkətdən bildirilib ki, geridə qalan 3 ildə 470 boşluq aşkar edən şəxslərə 3 milyon dollardan çox mükafat paylanıb.

"Pixel” smartfonlarında aşkar edilmiş iki boşluğa görə Quanq Qonqa 105 min dollar ödənilib. Bu, ən yüksək mükafat məbləğidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->