Qardaşxan
Yaşadın.., yaşa, anam..,– ilanların içində..,
Kürt düşən ilanların rəhminə qalan bacım...
Gülü yarpıza dönən saçı sünbüllərim heey,
Bəs həyət-bacamızı niyə ilanlar basıb?!
Ovsunu gülcə yoxmuş güldən dönmə yarpızın,–
İlanı yuvasından çıxaran dildir hər yan.
İl-il dünyanı tutdu, an-an qol-qanad açıb,
Sofi həyatımızın nəfi ilan yuvası.
İlanlar yuvalanıb CAN yarpızlığımızda,
Vur-tut neçə yuvalıq yarpızlığımız qalıb?
O çaydı, "Türkmənçay”dı çalağan ilan-çayan
İndi Cıdır düzündən "Çadır düzü”nü çalır!
İlan çalır.., çal-çağır... ön yarpızlığımızda,
Bunca vurma-çalmadan canda can da qalmayıb.
Anam, məni ilan doğ, ilan üçün ilan doğ,
Yalan üçün ilan doğ, həqiqət kimi çalım!..
Şərhlər