Ölkə 16:32 10.08.2020

Anar Kərimov Əbülfəs Qarayevin ən yaxın adamını işdən çıxardı - Yeni təyinat

Mədəniyyət Nazirliyinə kadr dəyişikliyi olub. 

Qaynarinfo-nun "MediaPost”a istinadən məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini, nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Elnur Əliyevi müşavir vəzifəsinə təyin edib. 

Nazirin digər əmri ilə Aydın İsmiyev nazirin müşaviri vəzifəsindən azad olunub və təqaüdə göndərilib.

Qeyd edək ki, Aydın İsmiyev sabiq Mədəniyyət Naziri Əbülfəs Qarayevin ən yaxın adamı sayılırdı.