Xəbər lenti

Anti-malyariya dərmanları COVID-19-da insanı xilas edirmi?
Sağlamlıq 18:24 06.04.2020

Anti-malyariya dərmanları COVID-19-da insanı xilas edirmi?

Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko anti-malyariya dərmanlarının koronavirusun müalicəsində olduqca təsirli olduğunu deyib. Buna baxmayaraq, o bildirib ki, bununla yenə də o dərmanları hər bir hal üçün "can qurtaran" hesab etmək olmaz. Onun sözlərinə görə, o dərmanlar ölümdən xilas etmirlər. 

Qaynarinfo xəbər verir o bu haqda "Birinci Kanal”ın efirində deyib. Muraşko müalicənin hansı mərhələdə başlandığının vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, digər antiviral dərmanlar kimi antimalarial dərmanların istifadəsi üçün də bir neçə sxem mövcuddur.

O, hazırda dərmanların hansının replikasiyanı dayandırdığını anlamaq üçün laboratoriya axtarışlarının aparıldığını deyib:

"Bu gün göstərilən təhlükəsizlik göstəriciləriylə birlikdə qeydə alınmış və yararlı sayıla biləcək dərmanlar yetərincədir".

Ancaq bu cür dərmanların istifadəsi yalnız bir həkim nəzarəti altında aparılmalıdır. Fakt budur ki, onlar toksikdirlər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->