Xəbər lenti

Apple və Broadcom 1,1 milyard dollar cərimələndi
Texnologiya 14:06 30.01.2020

Apple və Broadcom 1,1 milyard dollar cərimələndi

Los-Anceles məhkəməsi Apple və Broadcom şirkətlərinin Wi-Fi texnologiyası üzrə 4 patentin istifadə qaydasını pozduqları üçün Kaliforniya Universitetinə 1,1 milyard dollar məbləğində təzminat ödəmələri barədə qərar qəbul edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən Apple 837 milyon dollar, Broadcom isə 270 milyon dollar ödəməlidir.

Məlumata görə, bu, tarixin ən böyük patent mübahisəsidir. İddiaçı hesab edir ki, Apple iPhone, iPad və Apple Watches cihazlarında simsiz məlumat ötürülməsi ilə bağlı Caltech patentlərini pozan Broadcom məhsullarından istifadə edib.

Apple və Broadcom isə hökmdən şikayət edəcəklərini bəyan ediblər.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->