ABŞ-da davam edən aksiyalar çərçivəsində nümayişçilər Apple şirkətinə aid mağazaları da yağmalayıblar.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Oreqon ştatının Portlend şəhərindəki bir Apple mağazasının 30 metrlik şüşələrini qıran şəxslər, mağazadakı əşyaları aparıblar. Lakin nümayişçilərin bilmədiyi isə şirkətin təhlükəsizlik səbəbindən məhsulların çoxunu bloklamasıdır. Yəni, məhsullar mağazadan aparılsa belə onu istifadə etmək mümkün deyil.
Qeyd edək ki, aksiyaların nəzarətdən çıxmasından sonra şəhərlərə hərbçilər cəlb olunub. Lakin bu vəziyyət nümayişçiləri daha da qəzəbləndirib.
Camal
Şərhlər