Zərdabın kəndinə vəhşi heyvanlar hücum edib.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini Kamal Şərifovun fərdi təsərrüfatındakı xırda buynuzlu heyvanlara hücum edən çaqqallar 10 baş qoyunu boğaraq öldürüblər.
Yerli sakinlər bu cür halların tez-tez baş verdiyini deyirlər. Belə ki, bir neçə gün öncə kəndə girən vəhşi heyvanlar 1 atı və uzunqulağı parçalayaraq öldürüblər.
Qeyd edək ki, Əlibəyli kəndi Kürün sahilində və meşə zolağının kənarında yerləşir.
Qaynar.info
Şərhlər