Tanınmış şair Aqşin Yenisey “1937.az” saytında baş redaktorluqdan çıxarılması ilə bağlı deyilənlərə aydınlıq gətirib.
AzVision.az-a açıqlamasında A.Yenisey işdən çıxarılma səbəbini özünün də bilmədiyini deyib. A.Yenisey daha sonra “1937.az” saytının adı dəyişəcəyini bildirib. “Mənim işdən çıxmağımın səbəbi heç özümə də aydın deyil. Qaranlıq bir məsələdir. Mən saytdan kənarlaşmamışam, yazılarımı göndərəcəm. İşdən çıxma səbəbi isə mənlik deyil. Mənim səlahiyyətimdə olan məsələ deyil. Məndə olan qeyri-dəqiq məlumata görə, saytın adı da dəyişəcək”.
Qeyd edək ki, A.Yeniseyin yerinə sayta baş redaktor Salam Sarvan gətirilib.
Qaynar.info
Şərhlər