Ölkə 11:50 08.10.2019

AQTA-nın şöbə rəisi işdən çıxarıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional Şöbəsinin rəisi işdən çıxarılıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Rauf Əlizadə tutduğu vəzifədən azad edilib, onun əvəzinə Samir Əliyev bu vıəzifəyə təyinat alıb.

Qeyd edək ki, S.Əliyev bundan əvvəl AQTA-nın Gəncə Regional Şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.