Xəbər lenti

Dünya 14:20 16.04.2024

Aral dənizinin xilası: Qazaxıstanın səyləri davam edir (FOTO)

Qazaxıstanın Aral dənizini xilas etmək səyləri davam edir. Bu, miqyasını qiymətləndirmək çətin olan bir fəlakətdir. Çünki Aral dənizinin sahəsi hələ də kiçilir. Hər il quruyan dənizdən 80 milyon tona qədər zəhərli duz tozu qalxır və Qərbi Avropaya, Himalaya doğru hərəkət edərək, orada insanlar, heyvanlar və bitkiləri zəhərləyir.

Aral dənizinin gələcəyi tamamilə Orta Asiya ölkələrindən asılıdır. Suyun öz-özünə qayıdacağını gözləmək olmaq. Yalnız bu fəlakətin ağır nəticələrinin artıq hamımıza təsir etdiyini dərk etməklə təkcə su anbarının bərpasına deyil, həm də bütün regionun su ekosisteminin davamlılığına birgə təsir göstərə bilərik.

Aral dənizinin dayazlaşma problemi və iqlim böhranının ciddiliyi ABŞ-da da başa düşülür. Vaşinqton Universitetinin ekspertləri Qazaxıstan səfirliyinin iştirakı ilə görüş keçirib. Mütəxəssislər diqqəti bəşəriyyətin artıq iqlim dəyişikliyi və su qıtlığı astanasında olması faktına yönəldiblər.



Görüşün iştirakçısı, Merilend Universitetinin tarix professoru Sara Kemeron, Aral dənizi haqqında kitab üzərində işləyir. O, qlobal diqqəti su problemlərinə cəlb etməyə ümid bəsləyir.

Məsələ burasındadır ki, ABŞ özü də su hövzələrinin dayazlaşması problemi ilə üzləşib. Böyük Duz Gölü, Mid gölü və Duzlu dəniz quruyur. Onların hamısı Aral dənizinin taleyini yaşayır.

Professor Kemeron Mərkəzi Asiya dövlətlərini quraqlıqsız gələcək uğrunda mübarizədə birləşməyə çağırıb. Əsas məsələ suyun hara getdiyini və necə bərpa oluna biləcəyini anlamaqdır. Bunun üçün ilk növbədə hidroloq və geoloqlar lazımdır.



"Second Floor Strategies” konsaltinq firmasının prezidenti Vaylder Alexandro Sançez 2023-cü ilin sentyabrında imzalanmış Nyu-York Bəyannaməsi çərçivəsində ekoloji problemlər, su təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə ABŞ və Mərkəzi Asiya ölkələri arasında davamlı qarşılıqlı fəaliyyət üçün mövcud olan "C5+1” çərçivəsi haqqında danışıb.

Həmin ilin sentyabrında Tacikistanda Mərkəzi Asiya dövlətlərinin Aralın xilas edilməsi Beynəlxalq Fondunun təsisçilərinin görüşü keçirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sudan səmərəsiz istifadə probleminə diqqət çəkib.



"Bölgəmizin iki əsas çayının - Sırdərya və Amudəryanın axınının tənzimlənmə dərəcəsi olduqca yüksəkdir. Onların hövzələrində 80-dən çox su anbarı tikilib. Anbarların ümumi həcmi demək olar ki, 65 kub kilometrə çatır. Beləliklə, antropogen yükün artması, geniş ekoloji idarəetmənin davam etdirilməsi, müxtəlif sosial-ekoloji problemlərin kəskinləşməsi gözlənilir. Bütün bunlar regional təhlükəsizlik üçün ciddi risklər yaradır”, - Tokayev bildirib.

Aral dənizi tədricən çətin keçilə bilən ölü səhraya çevrilir. Torpaqların deqradasiyası və məhsuldarlığın aşağı düşməsi hər il minlərlə insanı daha yaxşı həyat axtarışı ümidilə bu bölgələri tərk etməyə məcbur edir.



2024-cü il yanvarın 1-də Aralın xilas edilməsi Beynəlxalq Fonduna (AXBF) sədrlik növbəti üç il müddətinə Qazaxıstan Respublikasına keçib. Üç onillikdə mövcud olan AXBF region ölkələrinin səylərinin pərakəndəliyi və uyğunsuzluğu səbəbindən hələ də istənilən nəticəni əldə edə bilməyib.
Bununla belə, Fond transsərhəd su ehtiyatlarının bölüşdürülməsi məsələsində regional əməkdaşlıq üçün ən mühüm institut olaraq qalır. Ona bu əməkdaşlığın potensialının tam inkişafı üçün ümid bəslənir. Qlobal dəyişikliklər kontekstində AXBF-ın əhəmiyyəti və rolu daha da artacaq.
Qazaxıstanda başa düşürlər ki, Orta Asiyada su probleminin tez və sadə həlli yoxdur. AXBF-yə sədrlik zamanı qazaxıstanlı mütəxəssislər ölkələrlərarası əməkdaşlığın möhkəmlənməsinə təsir göstərmək, su və enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədirlər. Sabah artıq işləməsi üçün onu bu gün qəbul etmək lazımdır...



Həmçinin rəqəmsal texnologiyaların və Aral dənizi hövzəsində su ehtiyatlarının uçotu, monitorinqi, idarə edilməsi və bölüşdürülməsi üçün vahid avtomatlaşdırılmış sistemin tətbiqi zəruridir.

Biz ölməyib sağ qalmağa hazırlaşmalıyıq! Qazaxıstan regionda istisnasız olaraq bütün Mərkəzi Asiya ölkələrinin maraqlarını nəzərə alacaq beynəlxalq su və enerji konsorsiumu yaratmaq niyyətindədir.

İqlim dəyişikliyi səbəbindən bölgədə həm daşqınlar, həm də quraqlıq müşahidə olunur. Beləliklə, su ehtiyatları üzrə dialoq və əməkdaşlıq daimi danışıqlar tələb edir. Aral dənizinin bərpası prosesi də müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan əhəmiyyətli investisiyalar və birgə səylər tələb edəcəkdir. Bunsuz problemi aradan qaldırmaq mümkün deyil.



Qazaxıstanda yaradılan ayrıca qurum - Su Təsərrüfatı və Suvarma Nazirliyi bu sahənini aktual məsələləri ilə yaxından məşğul olacaq. Bütövlükdə isə dövlətin yeni sistemə keçidi, ölkə daxilindəki problemləri təcili həll edilməsi, iqtisadiyyatın, ilk növbədə kənd təsərrüfatının şaxələndirilməsi, kənd təsərrüfatı və heyvandarlığın davamlı inkişaf etdirilməsi, hər yerdə müasir suya qənaət texnologiyalarından istifadə olunmasına nəzarət tələb olunur. Ən əsası insanların düşüncələrinin dəyişdirilməsi lazımdır.

Qazaxıstanın da qonşuları kimi su ehtiyatları məhduddur. Lakin maddi, torpaq və insan ehtiyatları var və onlardan səmərəli istifadə edilməlidir.



Müstəqillik illərində Qazaxıstan Dünya Bankının dəstəyi ilə kompleks işlər görə bilib. Dənizin kiçik bir hissəsi - Kiçik Aral və ya Şimali Aralı bərpa edilib. Lakin bu, bütün işlərin dəyərinin cəmi 8%-ni təşkil edir.

Aral dənizinin bərpasına gedən yol uzundur. Lakin Mərkəzi Asiya ölkələri gələcək nəsillər naminı birgə səylərlə bu unikal su hövzəsini geri qaytara və ətraf mühiti qoruya bilərlər.

Mənbə: Bakupost.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?