Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan qayıq batıb.
Qaynarinfo xəbər verir ki, paytaxt Tripolinin 50 km şimalında baş verən qəzaya İtaliya donanmasına aid gəmi müdaxilə edib. 20 miqrantı daşıyan qayıqdan 3 nəfər xilas edilib, 3 nəfərin meyiti tapılıb, 14 nəfər isə itkin düşüb. Xilas edilənlər İtaliyanın Lampedusa adasındakı xəstəxanaya yerləşdirilib.
Gülşən
Şərhlər