Xəbər lenti

Araq əşyaların səthini koronavirusdan dezinfeksiya edirmi? – Epidemioloq
Sağlamlıq 14:28 08.04.2020

Araq əşyaların səthini koronavirusdan dezinfeksiya edirmi? – Epidemioloq

Virusları öldürən alkoqol məhlulunun yüksək konsentrasiyaya malik olması vacib deyil. Bu məqsədlə araq da istifadə edilə bilər.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun direktor müavini, REA-nın müxbir üzvü Aleksandr Qorelov deyib.
O, əlavə edib ki, hidrogen peroksid də koronavirusa qarşı ciddi təsir göstərir. Eləcə də adi maye sabun da bu mənada yararlıdır. Belə məhlullarla qabları 40 dərəcə su ilə yuduğumuz halda koronavirus təhlükəsi sovuşmuş olur.

Tibbi müəssisələrdə istifadə olunan antiseptiklərə gəldikdə, onlar yalnız virusları deyil, həm də daha davamlı patogenləri öldürürlər. Ultrabənövşəyi radiasiya da koronavirusu məhv edir. Lakin onun gözün buynuz qişasına zərəri də unudlmamalıdır.

Qorelov sözlərinə tezliklə havaların istiləşəcəyini və koronavirusun günəş altında öləcəyini də əlavə edib. Ayrıca, əhatənizdə koronavirus xəstələri olmadığı halda həyəcana qapılmağa və xüsusi sanitarizasiya həyata keçirməyə gərək yoxdur. Hər şeyi adi gündəlik rejimdə etmək lazımdır.

Qorelov onu da qeyd edib ki, koronavirusdan qorunmaq üçün küçədə maska taxmaq faydasızdır. Ona görə ki, bu virusa açıq havada yox, qapalı yerlərdə yoluxmaq mümkündür. İnsanlar metroya və ya dükana girəndə maskalarını taxmalıdırlar. "Axı söhbət damcı yoluyla keçən infeksiyadan gedir - maska 100% qorunma təmin etməsə də, yoluxma riskini azaldır", - epidemioloq deyib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->