"Qəbələ"nin və yığmamızın futbolçusu Araz Abdullayevin icarə əsasında Kiprin "Anortosis" klubuna keçidi rəsmiləşib.
25 yaşlı yarımmüdafiəçi Famaqusta təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.
"Qaynarinfo"-nun verdiyi xəbərə görə, artıq futbolçumuz "Anortosis"in heyətində fərqlənməyə də imkan tapıb.
Belə ki, yarımmüdafiəçimiz “Anortosis”-“Aris” yoxlama matçının 63-cü dəqiqəsində meydana daxil olub və 83-cü dəqiqədə komandasının bərabərlik qolunu verib. Oyun həmin hesabla da başa çatıb.
Qaynarinfo.Az
Şərhlər