Ölkə 23:53 21.09.2020

Araz Abdullayev yeni klubunda debüt etdi

Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin yeni transfer olunduğu "Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Adana Dəmirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb.

Araz da bu görüşün iştirakçısı olub. O, Bolu təmsilçisindəki debüt matçında 70-ci dəqiqədə meydana buraxılıb.

İki turdan sonra hesabında 1 xal olan "Boluspor” 18 kollektiv arasında 13-cüdür.