Video 14:00 26.01.2022

ARB Vaqif Səmədoğlunun anım gününə videorolik həsr etdi

ARB yeni layihəyə start verib.

Qaynarinfo xəbər verir ki, telekanal Azərbaycanın görkəmli şəxslərinin anım günləri ilə bağlı qısa videolar hazırlayaraq yayımlayır.

Növbəti belə video xalq şairi, Milli Məclisin sabiq deputatı Vaqif Səmədoğluna həsr olunub.

Qeyd edək ki, yanvarın 28-də Vaqif Səmədoğlunun anım günüdür. 5 iyun 1939-cu ildə dünyaya ələn mərhum şair 2015-ci ilin 28 yanvarında dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?