Xəbər lenti

Gərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… - Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)
Video 19:10 04.07.2025

Gərginləşən Rusiya-Azərbaycan münasibətlərinin əsl səbəbi… - Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

Təyyarə Qəzası, Deputatın deportasiyası, Azərbaycanlılara zorakılıq: "Partlama nöqtəsi gəlmişdi”

"Rusiyanın "qara millət” adlandırdıqları Qafqaz xalqlarına qarşı vəhşilikləri bu günün məsələsi deyil”.

Bunu Türkiyənin nüfuzlu CNNTürk telekanalına müsahibəsində Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

O, son günlər gərginləşən Rusiya-Azərbaycan münasibətləri ilə bağlı Türkiyənin nüfuzlu jurnalistlərinin suallarını cavablandırıb.
A.Ələsgər qeyd edib ki, "Rusiyanın OMON polis qüvvələri tərəfindən Yekatirnburqda azərbaycanlıların yaşadığı yerlərə basqını bardağı daşıran son damla oldu. Təyyarə qəzası, ardından deputatımızın Rusiyaya buraxılmaması onsuz da münasibətlərin gərgin olduğunu göstərirdi. Son hadisələr rus rəsmilərinin Qafqazdakı son müttəfiqlərini də itirməyi gözə aldıqlarını göstərir. Azərbaycan aydınları da haqlı olaraq, Rusiya ilə mədəni əlaqələrin tamamilə kəsilməsini və rus dili ilə bağlı qəti qərar tələb edirlər”.

Ətraflı videomaterialda:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->