Ukraynalı şahmatçı Anna Muziçuk qadının hüquqlarının tam qorunmadığı Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatına qatılmayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə o özü məlumat verib.
Anna Muziçuk "Facebook" səhifəsindən yaydığı açınlamasında başına çarşab bağlayaraq və küçələrdə kişilərin nəzarəti altında dolaşaraq "başqalarının qaydalarına görə oynamaq" niyyətində olmadığını bildirib. Ukraynalı şahmatçı bu qərarı ilə dünya çempionu titulunu itirəcək.
"Tam bir il öncə 2 növdə dünya çempionu oldum və şahmat dünyasının ən xoşbəxt insanı idim. Amma indi özümü pis hiss edirəm. Öz prinsiplərimi müdafiə etmək və 5 gün sonra bəlkə də bundan öncəki 10 turnirdə qazandığımdan daha artığını qazana biləcəyim yarışa qatılmamaq niyyətindəyəm. Başına çarşab bağlayaraq və küçələrdə kişilərin nəzarəti altında dolaşaraq başqalarının qaydalarına görə oynamaq istəmirəm" deyə Anna bildirib.
Qeyd edək ki, Annanın bacısı bu il eyni səbəbdən İrandakı turnirə qatılmamışdı.
Şərhlər