Rusiya millisinin sabiq üzvü Andrey Arşavinin ölkədən çıxışına qadağa qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə Krasnoselsk Rayon Məhkəməsini qərar qəbul edib.
Andrey Arşavinlə həyat yoldaşı Alisa Kazminanın boşanma prosesi ilə bağlı iclas keçirilib. Məhkəmə alimnet borcuna görə futbolçunun ölkədən çıxışına qadağa qoyub.
Alisa Kazminanın vəkili Aleksandr Dobrovinski bildirib ki, futbolçu aylıq 350 min rubl məbləğində alimenti ödəmək istəmir: "Onun borcu yığılıb. Onun ölkədən çıxışına qadağa qoyulub".
Şərhlər