"WhatsApp” messencerinin "Android” platforması üçün yeni versiyasında tətbiq edilmiş neyron şəbəkəsi tez-tez göndərilən mesajları izləyir və onları təhlil edir. Şirkət bununla da "feyk” mesajlarla mübarizəni gücləndirməyi planlaşdırır.
Qaynarinfo "ICTnews”a istinadən xəbər verir ki, süni intellekt 5 və daha çox paylaşılmış mesajları tez-tez göndərilən mesajlar kimi qeydə alır.
Şirkətin nümayəndələri bildiriblər ki, neyron şəbəkəsi hələ ki sınaqdan keçirilir. Sınağın nəticələrinə əsasən, neyron şəbəkəsinin messencerin bütün versiyalarına tətbiq edilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul ediləcək.
Şərhlər