8-10 oktyabr tarixində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in mənzil qərargahında "ATƏT regionunda insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri" mövzusunda ikinci dərəcəli zirvə toplantısı keçiriləcək.
Qaynarinfo xəbər verir ki, tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov iştirak edəcək.
10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitinin nəticələrinin müzakirəsinə həsr olunmuş bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edəcəklər. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov isə tədbirə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə qatılacaq.
Məlumat üçün qeyd edək ki, S.Abbasov 10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitində də çıxış edərək iştirakçılara müraciət ünvanlamışdı.
Şərhlər