Ölkə 23:35 22.05.2020

Aşıq Mikayıl Azaflının qızı vəfat edib

Mərhum aşıq Mikayıl Azaflının qızı Ulduz Azaflı vəfatı edib. 

Qaynarinfo xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva bildirib.

Ailə həyatı qurduqdan sonra Moskva şəhərində yaşayan Ulduz xanım atasının irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işində özünəməxsus iştirakı ilə seçilirdi. İxtisasca filoloq olan Ulduz Azaflı özü də ədəbi yaradıcılqla məşğul olur, aşıq şeiri ruhunda və üslubunda şeirlər yazırdı.

Allah rəhmət eləsin..