Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 30 sentyabr - 4 oktyabr tarixlərində Strasburqda keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb.APA-nın xəbərinə görə, sessiyada Ermənistan prezidenti Serj Sarkisyan, Serbiya prezidenti Tomislav Nikoliç, Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxış edəcəklər.
Toplantı çərçivəsində milli təhlükəsizlik və informasiyaya çıxış, uşaqların fiziki toxunulmazlıq hüququ və bir sıra digər məsələlərlə bağlı debatlar keçiriləcək. Sessiyanın sonuncu günündə azərbaycanlı deputat Sahibə Qafarova “Əmək bazarında yaşlı insanların diskriminasiyası ilə mübarizə” mövzusunda məruzəsini təqdim edəcək.
AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı məsələlər gündəliyə salınmayıb.
Qaynar.info
Şərhlər