Xəbər lenti

Astarada 83 yaşlı kişi arvadını və özünü güllələdi - DƏHŞƏT
Ölkə 10:03 15.11.2013

Astarada 83 yaşlı kişi arvadını və özünü güllələdi - DƏHŞƏT


Yaşlı kişi hadisəni ailə mübahisəsi zəminində törədib

Ötən gecə Astara rayonunda dəhşətli cinayət baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Sıralani kəndində 1930-cu il təvəllüdlü İsmayıl Qulam oğlu Qulamov, arvadı - 1941-ci il təvəllüdlü Məhbubə Xanhəsən qızı Nurəliyevanı odlu silahla güllələyib. 83 yaşlı kişi 72 yaşlı arvadını öldürdükdən sonra özünü güllələyib.

Qeyd edək ki, hadisənin ailə mübahisəsi zəmnində baş verdiyi bildirilir. Deyilənlərə görə, yaşlı kişi arvadını qısqandığı üçün hadisəni törədib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->