Xəbər lenti

Astaradadakı saqqallı oğrudan maraqlı etiraf:
Ölkə 17:32 22.10.2021

Astaradadakı saqqallı oğrudan maraqlı etiraf: "Ona görə saxlayırdım ki..."

Astarada oğurluqla məşğul olan şəxs maraqlı etiraf edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, Astarada oğurluq etdiyi üçün saxlanılan Bəhruz Səmədov əməllərini etiraf edib.

"Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər, rahat oğurluq edə bilim. Ən böyük qorxum polis idi. Bilirdim ki, izləyirlər məni. Nəhayət faktla tutdular. Əməlimdən peşimanam” deyə həmin şəxs bildirib.

Elşad Hacıyevin sözlərinə görə, bu sözləri deyən Astara rayonunda fermadan ümumi dəyəri 3800 manat olan texniki avadanlıqları oğurlamaqda şübhəli bilinən Bəhruz Səmədov tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, ötən gün saxlanılan daha bir saqqallı Fəqan Məmmədovdur. O, isə Astarada azyaşlı qızın pullarını soyğunçuluqla əlindən alıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->