Ağsunun Qaraməmmədli kəndinin sakinlərinin mal-qarası otlaq üzünə həsrət qalıb.
Əvvəlcədən də mövcud örüş sahələri olmadığından, kənd sakinləri qonşu kəndin örüş sahəsindən istifadə edirmiş.
Artıq ötən gündən etibarən həmin ərazilər də onların əlindən alınıb. Örüş sahəsinə mal-qaranın girişi qadağan olunduğundan kəndlilər çarəsiz qalıb. Bir müddətdir ki, kəndlilər heyvanlarını evdə qapalı şəraitdə saxlamaq məcburiyyətində qalıb. Bu səbəbdən heyvanlara qış aylarında yemlənməsi üçün nəzərdə tutulan ehtiyat saman və quru ot verilir.
İllərdir ki, örüş sahəsi kimi istifadə olunan 30 ha ərazi hazırda satın alınıb. Kənd sakinlərinin iddiasına görə, yerin yeni sahibi onların əraziyə girməsinə icazə vermir.
Hazırda kənd sakinləri yeni örüş sahəsinin ayrılmasını istəyirlər.
Ağsu Şəhər Bələdiyyəsindən verilən məlumata görə, kəndlilər üçün yeni örüş sahəsinin ayrılması üçün bir neçə sahibkar müraciət edib. Məslənin həlli yönündə işlər aparılır.
Şərhlər