Brazilyada ağciyər xərçəngindən ölən Lusiana Perezin memar oğlu atasına olan vəfa borcunu görün necə ödəyib...
Ata xəstə yatağından oğluna belə səslənir: "Oğlum, çox az ömrüm qaldı və sənin üçün nəsə edə bilmədim, məni bağışla".
Atasının bu sözlərindən olduqca təsirlənən Joze Perez, "Mənim oxumağım üçün avtomobilini satdın və işə piyada getdin, unutmadım", - deyə cavab verir.
Joze atasının şərəfinə olaraq, ilk tikdiyi binanı onun barmaq izinə bənzədir.
Oğlu atasını bir vertolyota mindirərək binanı göstərir və deyir: "Ata, bu binanı mən tikdim, sənin barmaq izindir".
Lusiana Perez bu hadisədən 8 gün sonra həyata gözlərini yumur və bu bina son 10 ilin ən yaxşı dizayn mükafatını alır. (terefdar.az)
Qaynarinfo.az
Şərhlər