Dünya 19:08 18.09.2020

Atların əhliləşdirilməsiylə bağlı məşhur nəzəriyə alt-üst edildi

ABŞ və bir sıra Avropa ölkələrindən bir qrup tədqiqatçı atların ilk dəfə müasir Türkiyə ərazisində əhliləşdirildiyi qənaətində olsa da, son tədqiqatlar bu fikrin yanlış olduğunu üzə çıxarıb. 

Qaynarinfo MK.ru-ya istinadla xəbər verir ki, Anadolu və Qafqazda 1000-9000 illik yaşı olduğu təxmin edilən qədim dövrə aid 14 yaşayış yerində 100-dən çox at qalıqlarını analiz etdikdən sonra, əhliləşdirmə izlərinin onların genomlarında eramızdan əvvəl 2200-cü illərdə yaranması qənaətinə gəlinib.

Yeni elmi əsərin müəlliflərinə görə, müasir Türkiyə ərazisində atlar əhliləşdirilsəydi, bu proses daha rahat olardı. Mütəxəssislər ev atlarının Türkiyə ərazisinə təxminən dörd min il əvvəl kənardan gətirildiyini irəli sürüblər. 

Tədqiqat "Science Advances” jurnalında dərc edilib.
 
Alpər