Avag Harutyunyan: “Avropalılar

Avag Harutyunyan: “Avropalılar "erməni konyakı" ifadəsinə ironiya ilə yanaşır”

Avropa Birliyi müvafiq alkoqollu məhsullara etiket qoyarkən "konyak" adından imtina etmək müqabilində Ermənistana 3 milyon avro ayırmağa hazırdır. 

Qaynarinfo xəbər verir ki, müvafiq maliyyə dəstəyi müqaviləsi cümə axşamı respublika hökumətinin iclasında təsdiq edilib.

Ermənistan bu pulla yeni bir ada problemsiz bir keçidi təmin etməli, erməni içkisi üçün yeni bir marka hazırlamalı, reklamı təmin etməli və yeni adın istifadəsini və yayılmasını stimullaşdırmalı, eyni zamanda xarici bazarlarda yeni erməni markasının mövqeyinin və rəqabət qabiliyyətinin qorunmasını təşkil etməlidir.

Proqram Avropa Qonşuluq Siyasəti çərçivəsində AB büdcəsindən maliyyələşdiriləcək. Proqramın icrasına nəzarət Ermənistanın İqtisadiyyat Nazirliyi və Aİ-nin Ermənistandakı nümayəndə heyəti tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, "konyak" adından imtina etmə tələbi 1 mart 2021-ci il tarixində qüvvəyə minən 2017-ci ilin noyabrında imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi ilə şərtləndirilib. Eyni sənədə görə, Ermənistan "şampan" adından da imtina etməlidir. Bunun üçün Ermənistana 2043-cü ilə qədər vaxt verilib.

"Hər bir halda məhsullarımız dünyaya "erməni konyakı" brendi ilə məlum deyil, çünki 1950-ci ildən bəri bu adla ixrac edilməyib. Bu söz daxili bazarda və Sovet İttifaqında istifadə edilib. Avropa "erməni konyakı" ifadəsini çox təəssüflə qəbul edir və bu terminə həmişə istehza ilə yanaşıblar, - Milli Şərab Mərkəzinin sədri Avaq Harutyunyan məsələyə münasibət bildirərkən deyib.

Alpər

X
XƏBƏRLƏR
BLOGLAR