Xəbər lenti

İdman 01:44 24.03.2019

"AVRO-2020": İspaniya və İtaliya qələbə qazandı

"AVRO-2020"nin seçmə mərhələsində I tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, daha 4 qrupda mübarizəyə start verilib və 8 qarşılaşma baş tutub.
 
D qrupunda Gürcüstan İsveçrəni qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər matçında İrlandiya səfərdə Cəbəllütariqdə qalib gəlib - 1:0.

F qrupunda İsveç Rumıniyanı, Malta Farer adalarını qəbul edib. Hər iki matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Qrupun digər matçında İspaniya Norveçə eyni hesabla qalib gəlib.

J qrupunda da 3 oyun keçirilib. Qrupun İtaliya doğma meydanda Finlandiyanı, Yunanıstan səfərdə Lixtenşteyi 2:0, Bosniya və Herseqovina isə Ermənistan 2:1 hesabı ilə yenib.
 
AVRO-2020
Seçmə mərhələ
22 mart

D qrupu
Gürcüstan - İsveçrə 0:2
Qollar: Stiven Zuber, 57. Denis Zakaria, 80.

Cəbəllütariq - İrlandiya 0:1
Qol: Ceff Hendrik, 49.

F qrupu
İsveç - Rumıniya 2:1
Qollar: Robin Quayson, 33. Viktor Klaesson, 40 - Klaudiu Keseru, 

Malta - Farer adaları 2:1
Qollar: Kirian Nvoko, 13. Stiv Borq, 77-pen - Yakup Lüdviq, 90+8.
Qırmızı vərəqə: Andrey Aqyus, 62 (Malta).

İspaniya - Norveç 2:1
Qollar: Rodriqo, 16. Serxio Ramos, 71-pen - Coşua Kinq, 65-pen.

J qrupu
İtaliya - Finlandiya 2:0
Qollar: Nikolo Barella, 7. Moyse Kean, 74..

Lixtenşteyn - Yunanıstan 0:2
Qollar: Konstantinos Fortunis, 45+1. Anastasios Donis, 80.

Bosniya və Herseqovina - Ermənistan 2:1
Qollar: Rade Kruniç, 33. Deni Miloşeviç, 80 - Henrix Mxitaryan, 90+3-pen.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->