Xəbər lenti

AVRO-2020: İsveçrə yığmasının Bakı planı açıqlandı
İdman 10:51 10.12.2019

AVRO-2020: İsveçrə yığmasının Bakı planı açıqlandı

AVRO-2020-nin final mərhələsində qrup oyunlarından ikisini Bakıda keçirəcək İsveçrə millisinin yarışa hazırlıq proqramı müəyyənləşib.

Qaynarinfo-nun Apasport.az-a istinadən məlumatına görə, Vladimir Petkoviçin baş məşqçi olduğu yığma turnirə hazırlığa Bad-Raqats şəhərindəki toplanışla start verəcək.

Mayın 25-dən iyunun 4-dək burada məşq edəcək yığma iki yoxlama matçına çıxacaq. İsveçrəlilər mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də Sankt-Qallendə Lixtenşteynlə görüşəcək.

İyunun 8-də Sürixdən Bakıya uçacaq milli ayın 13-də AVRO-2020-dəki ilk görüşündə Uelsə qarşılaşacaq. Oyunun ertəsi gün İtaliya paytaxtı Romaya yollanacaq İsveçrə iyunun 17-də bu ölkənin yığması ilə qarşılaşacaq. Həmin matçdan bir gün sonra Bakıya qayıdacaq V.Petkoviçin komandası ayın 21-də Türkiyə ilə üz-üzə gələcək. İsveçrənin Bakıda hansı oteldə qalacağı və hansı arenada məşq edəcəyi hələ dəqiqləşməyib. Həmçinin komandanın martda keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər də bəlli deyil.

Baş məşqçi hazırlıq planı barədə fikirlərini də açıqlayıb: "Çempionat vaxtı məskunlaşmaq üçün Romadakı baza daha yaxşıdır. UEFA ilə müzakirələrdən sonra ilk oyundan 5 gün əvvəl Bakıya getməyə qərar verdik. Bu, bizə uyğunlaşmaq üçün kifayət edəcək. İqlim baxımından bu iki şəhər bənzərdir. Qarşılaşmaların ertəsi gün bir şəhərdən digərinə yollanacağıq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->