Xəbər lenti

İdman 15:21 22.11.2019

"AVRO-2020": Pley-off mərhələsinin püşkü atıldı

Bu gün "AVRO-2020"nin pley-off mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Avropa çempionatına son 4 vəsiqə üçün iddia edən 16 komandadan 4-nün hansı rəqiblə və harada oynayacağı bəlli olub.

UEFA Millətlər Liqasının nəticələrinə əsasən, A, B, C və D yolunda yer alan kollektivlər yarımfinal və final oyunlarında iştirak edəcəklər. Qrup qalibləri "AVRO-2020"də iştirak hüququ əldə edəcək.

B yolunda yarımfinallarda Bosniya və Herseqovina Şimali İrlandiya ilə, Slovakiya isə İrlandiya ilə qarşılaşacağı öncədən bilinirdi. Həmçinin Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovanın Şimali Makedoniya ilə, Gürcüstanın isə Belarusla görüşəcəyi məlum idi.

C yolunda isə Norveçin Serbiya ilə qarşılaşacağı bəlli idi. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşib. 

Rəqib Bolqarıstan, İsrail, Macarsıtan və Rumıniya ola bilər.

Qalan 3 komanda isə İslaniya ilə birgə A yolunda yer alacaqlar. Burada da rəqiblər püşkə əsasən bəlli olacaq.

Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.

A yolu
İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan

B yolu
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya

C yolu
Şotlandiya - İsrail
Norveç - Serbiya

D yolu
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosova

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə 24 komandanın iştirakı ilə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Artıq 20 komanda seçmə mərhələ vasitəsi ilə AVRO-2020-yə vəsiqə qazanıb. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Hollandiya, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->