"Hər iki ölkəyə mesaj ünvanlayıram. Münaqişə bitib, barışmaq vaxtı çatıb".
Qaynarinfo xəbər verir ki, bu fikirləri Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı bildirib.
O, Azərbaycanla Ermənistanın münaqişədən sonrakı mərhələyə qədəm qoyduğunu bildirib:
"Artıq iki ölkə arasında razılaşma əldə olunub. İrəliləmək vaxtıdır. Bizim İnstitutun münaqişədən sonrakı mərhələ sahəsində geniş təcrübəsi var. Mən bütün işçilərimlə birlikdə bu işdə hər iki ölkəyə öz köməyimi göstərməyə hazıram" (report).
Şərhlər