Avrokuboklarda 2019/20 mövsümünün ilk püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, Çempionlar Liqasında ilkin mərhələnin püşkatma mərasimi keçirilib.
Qitənin ən zəif reytinqli 4 çempionatının qalibi iki cütlük təşkil edib. Bu mərhələdə yarımfinalın iki oyunu və final matçı Kosovonun Priştina şəhərində keçiriləcək.
Yarımfinal görüşləri iyunun 25-də baş tutacaq. Qaliblər 3 gün sonra finalda üz-üzə gələcək və mərhələnin çempionu I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Digər 3 komanda isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
25 iyun
Feronikeli (Kosovo) - Linkoln (Cəbəllütariq)
Tre Penne (San-Marino) - Santa Koloma (Andorra)
Avropa Liqasında da ilkin mərhələnin püşkü atılıb.
İlkin mərhələdə mübarizə aparacaq 14 klub püşkatmada 7 cütlük təşkil edib. I təsnifat mərhələsinə vəsiqələr uğrunda mübarizə aparacaq komandalar iyunun 27-də ilk oyunlarını keçirəcək.
27 iyun / 4 iyul
Progres (Lüksemburq) - Kardiff MU (Uels)
La Fiorita (San-Marino) - Enqordani (Andorra)
Sent Culiya (Andorra) - Europa (Cəbəllütariq)
Ballumena (Şimali İrlandiya) - NSİ (Farer adaları)
Priştina (Kosovo) - Sent Josefs (Cəbəllütariq)
Tre Fiori (San-Marino) - Klaksvik (Farer adaları)
Barri Taun (Uels) - Kliftonvill (Şimali İrlandiya)
Şərhlər