Xəbər lenti

Avropa Birliyi rəsmisi həbslərdən danışdı
Siyasət 14:47 03.04.2013

Avropa Birliyi rəsmisi həbslərdən danışdı

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Azadlıq radiosunun son həbslərlə bağlı sualını cavablandırıb. 

O deyib ki, həbslərlə bağlı ətraflı məlumatı olmasa da, baş verənlərdən təəssüflənir. O, bununla bağlı narahatlıqlarını da dilə gətirib: "Dünən gəlmişəm. İcazə verin əvvəlcə Novruzdan sonra baş verənlərlə bağlı məlumatları alaq. Eşitdiklərimə doğrudan da, çox təəssüf edirəm. Bizim tərəqqi görmək istədiyimiz hər bir məsələ ilə bağlı Avropa Birliyi kifayət qədər yüksək səslə danışır. Verdiyimiz bəyanatlardan əlavə də iş görürük, dövlət qurumları ilə müzakirə edirik, fikir mübadiləsi aparırıq. Mən sizə onu deyə bilərəm ki, bu məsələlərlə bağlı mən və həmkarlarım çox narahatıq, bəzi məsələlərə dair öz narahatlığımızı bildirmişik".

Roland Kobia deyib ki, REAL-ın sədri İlqar Məmmədovun həbsi də onlarda çox böyük narahatlıq doğurur: "Təəssüf ki, o daha 2 aylıq həbs olundu", - deyən AB rəsmisi fikrini belə yekunlaşdırıb: "Diplomat bir söz demirsə o demək deyil ki, o işləmir".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->