Xəbər lenti

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi
İdman 12:22 04.06.2020

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında  Avropa çempionatı bu il Bakıda keçiriləcək. 

Qaynarinfo Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, kişilərin mübarizəsi 9 - 13 dekabrda, qadınların yarış 17 - 20 dekabrda olacaq. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 

Bundan başqa Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26 - 29 noyabra təxirə salınıb. 

Qeyd edək ki, idman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı 27 - 31 mayda Bakıda, qadınların analoji yarışı 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə, bədii gimnastların qitə çempionatı isə 21 - 24 mayda nəzərdə tutulmuşdu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->