2022-ci ildə keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatının yeri və vaxtı bəlli olub.
Qaynarinfo xəbər verir ki, bu haqda Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) prezidenti vəzifəsini icra edən Maksim Aqapitov açıqlama verib.
O bildirib ki, yarış apreldə Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.
2021-ci ildə çempionat Moskvada gerçəkləşib.
Azərbaycan təmsilçilərindən Boyanka Kostova (59 kq) qızıl, Dadaş Dadaşbəyli (102 kq) isə bürünc medal qazanıb. Lakin Kostovanın dopinq-testi müsbət nəticə verib.
Şərhlər