Avropa İttifaqı və Rusiya cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

Avropa İttifaqı və Rusiya cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində gərginliyin kəskin artmasından ciddi narahatlığını ifadə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya XİN-nin yaydığı bəyanatda bildirilir.

"Aldığımız məlumata görə döyüşlər davam edir, artilleriyadan istifadə olunur. Ölən və yaralananlar var. Həlak olanların ailələrinə, yaxınlarına başsağlığı veririk. Regionun təhlükəsizliyinə təhdid olan bu gərginliyi yolverilməz hesab edir, qarşıduran tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq”, - deyə açıqlamada vurğulanır.

Rusiya XİN həmçinin vəziyyəti sabitləşdirmək üçün müvafiq dəstək verməyə hazır olduqlarını da bildirib.

Avropa İttifaqı də vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkət və ritorikadan çəkinməyə, gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırılır:

"2020-ci il 12-13 iyul tarixində həm Ermənistan, həm də Azərbaycan tərəfi iki ölkənin sərhədində ağır silahların cəlb olunduğu ciddi insidentin baş verdiyini bəyan edib. Bu, təəssüf ki, insanların həyatını itirməsinə səbəb olub.

Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün öz mexanizmlərindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi yaradılmış formatdan istifadə etməlidir. Atəşkəsin ciddi şəkildə pozulmasının qarşısı alınmalıdır, şərtlər imkan verən kimi, ATƏT-in regionda monitorinqini bərpa edilməsi vacibdir”.

Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə ciddi şəkildə hörmətlə yanaşmağa, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı danışıqlara yenidən başlamağa və xalqları sülhə hazırlamağa çağırır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR