Avropa Liqası: Bütün vəsiqələrin sahibləri müəyyənləşdi

Avropa Liqası: Bütün vəsiqələrin sahibləri müəyyənləşdi

UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

 

 

"Report"un məlumatına görə, VI turun son 12 matçının yekununda daha 5 vəsiqənin taleyinə aydınlıq gəlib. Türkiyə təmsilçilərindən yalnız "Başakşehir" 1/16 finala yüksəlməyi bacarıb. İstanbul komandası Almaniyada Mönhenqladbax "Borussiya"sını 2:1 hesabı ilə yenib.

 

 

J qrupunun paralel matçında "Roma" İtaliyada Avstriya "Volfsberq"i ilə 2:2 hesablı heç-heçə edib. Nəticədə "Başakşehir" qrup lideri, "Roma" isə 2-ci yerin sahibi kimi mərhələ adlayıb.

 

 

Türkiyənin daha 2 təmsilçisi - "Beşiktaş" və "Trabzonspor" isə qrupda qalıb.

 

 

Qalan 3 vəsiqəni isə "Reyncers”, "Porto” və "Lüdoqorets” əldə edib.

 

 

Beləliklə, 1/16 finala İspaniyanın "Sevilya", "Espanyol" və "Xetafe", İngiltərənin "Mançester Yunayted", "Arsenal" və "Vulverhempton", Portuqaliyanın "Portu", "Braqa" və "Sportinq", Almaniyanın "Ayntraxt" və "Volfsburq", Şotlandiyanın "Reyncers" və "Seltik", İtaliyanın "Roma", Hollandiyanın "AZ", Türkiyənin "Başakşehir", Belçikanın "Gent", Avstriyanın "LASK", Bolqarıstanın "Lüdoqorets", Rumıniyanın "ÇFR", Kiprin "APOEL", Danimarkanın "Kopenhagen", İsveçin "Malmö", İsveçrənin "Bazel" komandaları yüksəlib.

 

 

Onlara Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vurmuş 8 klub - Almaniya "Bayer"i, İtaliya "İnter"i, Portuqaliya "Benfika"sı, Hollandiya "Ayaks"ı, Belçika "Brügge"si, Yunanıstan "Olimpiakos"u, Ukrayna "Şaxtyor"u və Avstriya "Zaltsburq"u da qoşulub.

 

 

Qeyd edək ki, 1/16 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq.

 

 

G qrupu

 

 

24:00. "Reyncers" (Şotlandiya) - "Yanq Boyz" (İsveçrə) - 1:1

 

24:00. "Portu" (Portuqaliya) - "Feyenoord" (Hollandiya) - 3:2

 

Xal durumu: "Portu" - 10, "Reyncers" - 9, "Yanq Boyz" - 8, "Feyenoord" - 5.

 

 

H qrupu

 

 

24:00. "Espanyol" (İspaniya) - MOİK (Moskva, Rusiya) - 0:1

 

24:00. Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) - 1:1

 

Xal durumu: "Espanyol" - 11, "Lüdoqorets" - 8, "Ferentsvaroş" - 7, MOİK - 5

 

 

I qrupu

 

 

24:00. "Volfsburq" (Almaniya) - "Sent-Etyen" (Fransa) - 1:0

 

24:00. "Gent" (Belçika) - "Aleksandriya" (Ukrayna) - 2:1

 

Xal durumu: "Gent" - 12, "Volfsburq" - 11, "Sent-Etyen" - 4, "Aleksandriya" - 3.

 

 

J qrupu

 

 

24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Başakşehir" (Türkiyə) - 1:2

 

24:00. "Roma" (İtaliya) - "Volfsberq" (Avstriya) - 2:2

 

Xal durumu: "Başakşehir" - 10, "Roma" - 9, "Borussiya" - 8, "Volfsberq" - 5.

 

 

K qrupu

 

 

24:00. "Vulverhempton" (İngiltərə) - "Beşiktaş" (Türkiyə) - 4:0

 

24:00. "Slovan" (Bratislava, Slovakiya) - "Braqa" (Portuqaliya) - 2:4

 

Xal durumu: "Braqa" - 14, "Vulverhempton" - 13, "Slovan" - 4, "Beşiktaş" - 3.

 

 

L qrupu

 

 

24:00. "Mançester Yunayted" (İngiltərə) - AZ (Hollandiya) - 4:0

 

24:00. "Partizan" (Serbiya) - "Astana" (Qazaxıstan) - 4:1

 

Xal durumu: "Mançester Yunayted" - 13, AZ - 9, "Partizan" - 8, "Astana" - 3.

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR