Xəbər lenti

Avropa Liqasında oyunların vaxtı bilindi
İdman 22:36 10.07.2020

Avropa Liqasında oyunların vaxtı bilindi

Avropa Liqasında 1/8, 1/4 final, yarımfinal və final təqivimi bəlli olub.

Qaynarinfo xəbər verir ki, UEFA oyunların tarixini və başlama saatını açıqlayıb.

Bütün qarşılaşmalar Almaniyada - konkret olaraq Köln, Duysburq, Düsseldorf və Helzenkirhen şəhərlərində keçiriləcək. 1/8 finalda 6 oyun cavab matçı kimi baş tutacaqsa, "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" cütləri qalibi bir oyundan ibarət neytral meydanda müəyyən edəcəklər.

Avropa Liqasının final görüşü avqustun 21-də Kölndə olacaq.

Avropa Liqası
1/8 final, cavab oyunları
5 avqust
21:55. "Kopenhagen” (Danimarka) - "Başakşəhər” (Türkiyə)
21:55. "Şaxtyor” (Ukrayna) - "Volfsburq” (Almaniya)
00:00. "Mançester Yunayted” (İngiltərə) - LASK (Avstriya)
00:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

6 avqust
21:55. "Bayer” (Almaniya) - "Reyncers” (Şotlandiya)
21:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya)
00:00. "Bazel” (İsveçrə) - "Ayntraxt” (Almaniya)
00:00. "Vulverhempton” (İngiltərə) - "Olimpiakos” (Yunanıstan)

1/4 final
10 avqust
00:00. "Mançester Yunayted”/LASK cütünün qalibi - "Kopenhagen”/"Başakşəhər” cütünün qalibi
00:00. "İnter"/"Xetafe" cütünün qalibi - "Bayer”/"Reyncers” cütünün qalibi

11 avqust
00:00. "Şaxtyor”/"Volfsburq” cütünün qalibi - "Bazel”/"Ayntraxt” cütünün qalibi
00:00. "Vulverhempton”/"Olimpiakos” cütünün qalibi - "Sevilya"/"Roma" cütünün qalibi

Yarımfinal
16 avqust
00:00. "Vulverhempton”/"Olimpiakos” - "Sevilya"/"Roma" cütlərinin qalibi - "Mançester Yunayted”/LASK - "Kopenhagen”/"Başakşəhər” cütlərinin qalibi

17 avqust
00:00 . "İnter"/"Xetafe" - "Bayer”/"Reyncers” cütlərinin qalibi - "Şaxtyor”/"Volfsburq” - "Bazel”/"Ayntraxt” cütlərinin qalibi

Final
21 avqust
00:00. Köln şəhəri

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->