Dünya 17:47 14.10.2019

Avropa ölkələri Türkiyəni Suriyadakı hərbi əməliyyatı dayandırmağa səslədi

Avropa İttifaqı ölkələrinin XİN rəhbərləri Türkiyəni Suriyada davam edən hərbi əməliyyatı sonlandırmağa çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Lüksemburqda baş tutan iclasda açıqlama verilib. İttifaq ölkələri Türkiyə ordusuna müharibəni birtərəfli dayandırmaq və qoşunlarını Suriyadan geri çəkmək barədə xəbərdarlıq edib. Aİ ölkələri həmçinin Suriya konflikti çərçivəsində Türkiyəyə ediləcək hərbi yardım siyasəti ilə əlaqədar razılıq əldə edib. 

Avstriyanın XİN rəhbəri Aleksander Şallenberq bu gün NATO üzvü olan ölkələri Türkiyəyə silah embarqosu tətbiq etməyə səsləmişdi.  

Qeyd edək ki, Fransa, Almaniya, Böyük Britaniya Türkiyəni Suriyada başladığı "Barış Pınarı" anti-terror əməliyyatına görə qınamışdı.

Gülşən