Dünya 18:54 25.05.2020

Avropada ilk dəfə ağciyər nəqli baş tutdu: Həm də Covid-19 xəstəsinə

Vyana Tibb Universitetində (Avstriya) Covid-19 yoluxmuş bir qadına uğurlu ağciyər nəqli həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, koronavirus fonunda 45 yaşlı Karintiya sakinində kəskin ağciyər çatışmazlığı inkişaf edib və bir ay sirkulyasiya nasosu vasitəsilə nəfəs alıb.

Lakin onun ağciyərini xilas etmək mümkün olmayıb, buna görə həkimlər transplantasiya haqqında qərar verib - belə bir təcrübə Avropa üçün ilk və uğurlu olub.

Universitet Cərrahiyyə Klinikasının rəhbəri Valter Klepetkonun sözlərinə görə, indi xəstə özünü yaxşı hiss edir və bütün orqanları yaxşı işləyir.
Universitetdə nikbin əhval-ruhiyyədədirlər və qadının xəstəxanadan tezliklə çıxacağını gözləyirlər. Qeyd olunur ki, onun xroniki xəstəlikləri olmayıb.