Dünya 18:27 14.10.2021

Avropada qazın qiyməti tarixi maksimuma qalxdı

Avropada qazın birja qiyməti yenidən kəskin artıb.

Qaynarinfo xəbər verir ki, London birjasında ticarətin açılışında min kubmetrin qiyməti 1200 dollara yaxınlaşıb.
 
Günün əvvəlindən qaz bir anda 7% bahalaşıb. Mavi yanacaq" üçün tarixi maksimum qiymət 6 oktyabrda təyin olunub, sonra maya dəyəri min kubmetr üçün 1900 dolları keçib. Sentyabrın əvvəlindən Avropada qaz bazarı qarışıqlıq içindədir. Bunun səbəbi payızın başlaması ilə əlaqədar yüksək tələbat, həmçinin anbarlarda kifayət qədər ehtiyat olmamasıdır. Bu arada Rusiya Baş nazirin müavini Aleksandr Novak avropalı tərəfdaşların hələ də qaz tədarükünü artırmaq üçün Rusiyaya müraciət etmədiklərini bildirib.
 
Alpər