Dünya 16:06 24.01.2020

Avstraliyada yanğından sonra zəhərli hörümçəklər üzə çıxdı

Avstraliyadan yanğın, toz fırtınası və sel fəlakətindən sonra bu dəfə də zəhərli hörümçək təhdidi başlayıb.

Qaynarinfo xəbər verir ki, yerli mətbuatın yazdığına görə, Avstraliya Sürünənlər Parkının nümayəndəsi Daniel Ramzey nəm və isti hava zəhərli hörümçəklərin böyüyüb, yayılması üçün əlverişli şərait olub. O, bu hörümçəklərin sancdığı insanın 10 dəqiqə ərzində öldüyünü deyib.

Zəhərli hörümçəklərin suyun altında 1 gün yaşaya bildiklərini də deyən mütəxəssis əhalini hovuzlara girərəkən ehtiyatlı olmağa çağırıb.
 
Camal