Bakıda avtobus sürücülərinə qarşı reydlər keçirilir. Bakı Şəhər Dövlət Yol Polisinin (BŞDYP) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, metronun “Koroğlu” stansiyasının qarşısında yol polisi avtobus sürücüləri arasında nizam-intizam yaradılması və avtobusların iştirakı ilə baş verən qəzaların minimuma endirilməsi üçün reydlərə başlayıb. Reyd zamanı avtobusları sürücülük vəsiqəsi olmadan idarə edən 12 nəfər, dayanacaqdan kənarda saxlayan 30-a yaxın sürücü haqqında tədbir görülüb.
Reyd zamanı saxlanılan avtobusların təxminən 70 faizində texniki pasport olmadığı üçün protokol tərtib edilib.
Qaynar.info
Şərhlər