Namiq Həsənov onu da qeyd etdi ki, kart sisteminin tətbiqi üçün bir-birini təkrarlayan avtobus xətlərinin bağlanması prosesi tam sona yetirilməlidir. Yalnız bundan sonra bu prosesin tətbiqi reallaşacaq: “Bu, metro kartı kimi deyil. Burada hər şey ölçülməlidir. Bu elə də asan proses deyil. Gərək bütün elektronlaşma sistemi tam başa çatsın ki, biz sonra kart sistemini tətbiq edək. Çünki, sonra bu prosesdə çatışmazlıqlar yaranacaq”.
Qurum rəsmisinin sözlərinə görə, kart sisteminin tətbiqi üçün bütün avtobus parkı yenilənəcək. Hazırda fəaliyyətdə olan xırda tutumlu avtobuslar orta tutumlu avtobuslarla əvəzlənəcək.
Qaynar.info
Şərhlər