Xəbər lenti

Budaqların "gizlətdiyi" işıqforlar - Sürücülər narazıdılar (VİDEO)
Ölkə05:48 10.06.2024

Budaqların "gizlətdiyi" işıqforlar - Sürücülər narazıdılar (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağacların yarpaqlamağı təbiət üçün faydalı olsa da, bəzi ərazilərdə sürücülər üçün təhlükə saçır.
Paytaxt küçələrində ağac budaqlarının arasında gizlənən yol nişanlarına rast gəlinir. Bu nişanları rahatlıqla görmək mümkün deyil. Xüsusilə də işıqforları. Bu isə sürücülərə müəyyən çətinliklər yaradır.
Yolda hərəkət edən zaman işıqforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar.
Məsələ ilə əlaqədar Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, yol nişanlarının qarşısını örtən ağaclarla bağlı, balansdaşıyıcı tərəfindən birliyə müraciət olunmalıdır.
Həmin müraciət əsasında budanma işləri həyata keçirilir.
Lakin onu da nəzərə almaq lazımdır ki, ağac budaqlarının artması daimi proses olduğundan qurum tərəfindən də mütəmadi monitorinqlər keçirilir.
Ətraflı süjetdə: