Xəbər lenti

Nişanlanan Gülyaz Məmmədovanın oğludur? - Özü açıqladı
Maqazin06:40 10.06.2024

Nişanlanan Gülyaz Məmmədovanın oğludur? - Özü açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən oğlumu evləndirməmişəm, yalnış məlumatdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyaz Məmmədova tələbəsini oğlu ilə evləndirməsi haqqında yayılan məlumata aydınlıq gətirərkən deyib.
O bildirib ki, ailə quran gənc böyük bacısının oğludur:
"Biz 6 bacıyıq. Onlardan birinin oğlu evlənib. Bacım mənim tələbəmi oğluna alıb. Gəlinimiz də bizim yolumuzla gedir. Mən oğlumu necə nişanlaya bilərəm, hələ çox kiçikdir”. 
Qeyd edək ki, mətbuatda Xalq artisti Gülyaz Məmmədovanın oğlunu evləndirməsi ilə bağlı məlumat yayılıb. Mətbuatda onun tələbəsini gəlninə aldığı bildirilib. 
Bahar Rüstəmli