Xəbər lenti

Avtobuslarda qəza çəkiclərini sürücülər niyə yoxa çıxarıb? (Ekspert)
Ölkə 11:38 04.12.2019

Avtobuslarda qəza çəkiclərini sürücülər niyə yoxa çıxarıb? (Ekspert)

"Qəza çıxışı çəkicləri, yanğınsöndürən balon və dərman qutusu avtobuslarda yerində olmayan avadanlıqlardandır. Onları daşıyıcı şirkət, sürücü təmin etməlidir". 

Bu sözləri Qaynarinfo-ya yol nəqliyyatı eksperti Elməddin Muradlı Bakının ictimai nəqliyyatında sərnişin daşıyan avtobuslarda qəza anında insanların köməyinə çatacaq vəsaitlərin olmamasına münasibətində bildirib. 
 


Ekspert açıqlamasında sözügedən vəsaitlərin avtobuslarda olmasının önəmini belə izah edib: "Nazirlər Kabinetinin yeni qərarına görə avtobuslarda 2 litrlik yanğınsöndürən balon, qəza çıxış çəkicləri yerində olmalıdır. Çünki bunlar hadisə anında insanların köməyinə çatacaq vasitələrdir. Ona görə də avtobuslar bu vəsaitlərlə təmin olunmalıdır. Ancaq indi elə bir dövrdəyik ki, avtobusların heç istismar qaydaları norma çərçivəsində deyil, qalmışdı ki, çəkic, dərman və ya başqa tələblər olsun. Vaxtı ilə sürücülər bu vəsaitləri ehtiyat hissə kimi söküb şirkətlərə satıblar deyə, indi bu avadanlıqları təmin etmək onlar üçün çox çətindir. 

Düşünürəm ki, avtobus parkı yeniləndikdə, yeni gətirilən avtobusların üzərində bu avadanlıqlar yerində olacaq və zaman keçdikcə daşıyıcı şirkətlər də onların daim yerində olmasını təmin edəcək. Hazırda bu sahədə ciddi problem var. Əksəriyyətində lazım olan vəsaitlər, qurğular, cihazlar yoxdur. Ancaq anlamaq lazımdır ki, bu avadanlıqlar elə bir anda insanların yardımına gələ bilər ki... Ona görə də, mümkün qədər bu vəsaitləri avtobuslarda təmin etmək lazımdır". 

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->